Ev ÖlkəRusiyadan Ermənistana növbəti yük Azərbaycandan keçəcək

Rusiyadan Ermənistana növbəti yük Azərbaycandan keçəcək

by Baş Redaktor
40 Baxış

Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük tədarükü həyata keçiriləcək.

Army.az xəbər verir ki, bu gün ümumi çəkisi 490 ton olan, Rusiya mənşəli buğda ilə yüklənmiş 7 vaqon Azərbaycandan tranzit keçərək Ermənistana yola salınacaq.

Qeyd edək ki, indiyədək bu marşrut vasitəsilə Rusiyadan Ermənistana 29 min tondan çox taxıl, 7 min tondan artıq gübrə, 414 ton antrasit (daş kömür növü), 133 ton alüminium və 68 ton qarabaşaq məhsulu çatdırılıb.

Əlaqəli Yazılar Xüsusi