Ev DünyaTrampın açıqlaması masanı dağıtdı: İran danışıqlardan çəkildi?

Trampın açıqlaması masanı dağıtdı: İran danışıqlardan çəkildi?

by Baş Redaktor
24 Baxış

İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilən son fikirlərdən sonra İsveçrədə aparılan dördtərəfli müzakirələrdə iştirakını dayandırmaq qərarına gəlib.

Army.az xəbər verir ki, bu barfədə “Tasnim” məlumat verib.

Qeyd olunur ki, tərəflər arasında əlaqələr tam kəsilməyib. Danışıqlar prosesi çərçivəsində mesaj mübadiləsi Qətər və Pakistan vasitəsilə davam etdirilir. Lakin indiyədək konkret razılaşma əldə olunmadığı bildirilir.

Mənbənin sözlərinə görə, Tehran nümayəndələri müzakirələr zamanı ölkəyə məxsus dondurulmuş maliyyə vəsaitlərinin sərbəstləşdirilməsi və İran neftinin ixracı ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması istiqamətində addımların sürətləndirilməsini əsas tələblərdən biri kimi irəli sürüblər.

banner

Əlaqəli Yazılar Xüsusi