Litvada hökumət rəsmi şəkildə istefa verib.
Army.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, ölkənin 20-ci hökuməti son iclasını keçirib və nazirlər kabinetin istefasını yekdilliklə dəstəkləyib.
Baş nazir İnga Ruginiene bildirib ki, hökumətin səlahiyyətlərinin ölkə prezidentinə qaytarılması barədə qərar qəbul olunub.
Ruqiniene qeyd edib ki, fəaliyyət dövründə müxtəlif çətinliklərlə üzləşmələrinə baxmayaraq, hökumət bir sıra mühüm nəticələr əldə etməyə nail olub.
Onun sözlərinə görə, görülən işlər ölkənin inkişafına və dövlət idarəçiliyinin gücləndirilməsinə töhfə verib.
