Suriya Prezidenti Əhməd Əl- Şaaranın 7–8 iyul tarixlərində keçiriləcək NATO Summit dövründə Ankaraya səfər edə biləcəyi iddia olunur.
Army.az xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.
Məlumata görə, Türkiyə tərəfi belə bir ehtimala hazırlaşır. Bildirilir ki, səfər sammitin rəsmi proqramına daxil edilməsə də, Əl-Şaraanın bir sıra beynəlxalq liderlərlə görüş keçirməsi mümkün hesab olunur.
Potensial təmaslar çərçivəsində regional təhlükəsizlik, terrorizmlə mübarizə və Suriyanın yenidən qurulması məsələlərinin müzakirə oluna biləcəyi qeyd edilir. Müşahidəçilər belə görüşlərin Suriya liderinin beynəlxalq arenadakı mövqeyinin güclənməsinə təsir göstərə biləcəyini bildirirlər.
