Ev Hərbi TexnologiyaPolşa yeni nəsil dronlar alır – Müharibəyə hazırlıq başlayıb?

Polşa yeni nəsil dronlar alır – Müharibəyə hazırlıq başlayıb?

by Baş Redaktor
38 Baxış

“Shield AI” şirkətinin hazırladığı V-BAT pilotsuz uçuş aparatlarının alınması ilə bağlı Polşa qərar qəbul edib.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Şirkət bildirib ki, Polşa Silahlanma Agentliyi ilə bağlanmış müqavilə çərçivəsində bu sistemlər Polşa Hərbi Dəniz Qüvvələrinin gəmilərində istifadə olunacaq.

V-BAT platformalarının əsasən dəniz məkanının monitorinqi, kəşfiyyat, müşahidə və məlumat toplama əməliyyatlarında tətbiqi nəzərdə tutulur.

banner

Rəsmi məlumata əsasən, müqavilə bir sistem və bir neçə pilotsuz hava platformasını əhatə edir. Təxminən 16 milyon ABŞ dolları dəyərində qiymətləndirilən layihənin 2026-cı il ərzində tam şəkildə həyata keçirilməsi planlaşdırılır.

Əlaqəli Yazılar Xüsusi