Ev Hərbi XəbərlərNATO sammiti öncəsi gərginlik: “Bizi məyus etdilər”

NATO sammiti öncəsi gərginlik: “Bizi məyus etdilər”

by Baş Redaktor
15 Baxış

ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərinin Vaşinqtona münasibəti ilə bağlı sərt açıqlamalar verib.

Army.az-ın xəbərinə görə, NATO-nun baş katibi Mark Rütte ilə görüşü zamanı danışan Tramp bildirib ki, Alyans bəzi məsələlərdə ABŞ-ın gözləntilərini doğrultmayıb.

Tramp xüsusilə İranla bağlı hərbi əməliyyatlar zamanı bir sıra Avropa ölkələrinin mövqeyindən narazı qaldığını bildirib. Onun sözlərinə görə, İtaliya, Böyük Britaniya, Fransa və Almaniya ABŞ-a kifayət qədər dəstək verməyib.

ABŞ Prezidenti çıxışında İspaniyanı ayrıca qeyd edərək bu ölkəyə qarşı daha sərt ifadələr işlədib.

banner

“İspaniya ciddi problem yaradır. Onlar öhdəlik götürmədən üstünlüklərdən yararlanmağa çalışırlar. İspaniya ən etibarlı tərəfdaşlardan biri deyil”, – deyə Tramp bildirib.

Əlaqəli Yazılar Xüsusi