Ev DünyaBritaniyadan sensasion plan: Rusiyaya belə zərbə vurulacaq

Britaniyadan sensasion plan: Rusiyaya belə zərbə vurulacaq

by Baş Redaktor
10 Baxış

Britaniyada Rusiya ilə əlaqələndirilən tankerə dair yeni plan gündəmə gəlib. Məlumata görə, London ələ keçirilmiş gəmidəki böyük həcmdə nefti satışa çıxarmağı nəzərdən keçirir.

Army.az xəbər verir ki, bu barədə “The Telegraph”məlumat yayıb.

14 iyunda La-Manş boğazında saxlanılan “Smyrtos” tankerində təxminən 100 min ton neft olduğu bildirilir. Gəmi Rusiya ilə əlaqəli “kölgə donanması” şəbəkəsi ilə əlaqələndirilir.

Böyük Britaniya rəsmiləri hesab edirlər ki, qanunvericiliyə əsasən gəmidəki neft artıq dövlətin nəzarətinə keçib və bu resursun necə istifadə olunacağına London özü qərar verə bilər.

banner

Partiyanın bazar dəyəri təxminən 35 milyon funt sterlinq olaraq qiymətləndirilir. Planlara görə, satışdan əldə edilən vəsait ya birbaşa Ukraynaya maliyyə yardımı kimi yönləndirilə, ya da Ukrayna Silahlı Qüvvələri üçün hərbi texnika alınmasına sərf oluna bilər.

Əlaqəli Yazılar Xüsusi