Rusiyanın keçmiş müdafiə naziri və Rusiya Prezidenti Vladimir Putinin ekologiya, ətraf mühitin mühafizəsi və nəqliyyat məsələləri üzrə sabiq xüsusi nümayəndəsi Sergey İvanov 73 yaşında vəfat edib.
Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, Sergey İvanovun ölüm səbəbi açıqlanmayıb. Onun ailəsinə və yaxınlarına başsağlığı verilib.
Qeyd edək ki, Sergey İvanov VTB Birləşmiş Basketbol Liqasının fəxri prezidenti idi. O, bu ilin fevralında öz xahişi ilə Rusiya prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən ayrılmışdı.
