Ev DünyaZelenski: Ukrayna Aİ-yə üzvlük yolunda mühüm mərhələni keçdi

Zelenski: Ukrayna Aİ-yə üzvlük yolunda mühüm mərhələni keçdi

by Baş Redaktor
30 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Avropa İttifaqına inteqrasiya istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.

Army.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Zelenskinin sözlərinə görə, Ukrayna Aİ-yə üzvlük yolunda uzun mərhələni geridə qoyub və bu müddətdə vacib nəticələr əldə edilib:

“Üzvlüklə bağlı danışıqlar artıq başlanıb və yaxın vaxtlarda danışıqlar prosesində yeni fəsillərin açılması nəzərdə tutulur. Bu addımlar Ukrayna ilə Avropa İttifaqı arasında əməkdaşlığı daha da gücləndirir və Ukrayna xalqını Avropa ilə daha sıx yaxınlaşdırır”.

banner

Əlaqəli Yazılar Xüsusi