Ev DünyaBMT-dən yeni təşəbbüs: 2027–2036-cı illər sülh onilliyi elan edildi

BMT-dən yeni təşəbbüs: 2027–2036-cı illər sülh onilliyi elan edildi

by Baş Redaktor
46 Baxış

BMT Baş Assambleyası Tacikistan Prezidenti Emoməli Rəhmonun irəli sürdüyü təşəbbüsü dəstəkləyərək “Gələcək nəsillər naminə sülhün möhkəmləndirilməsi üzrə beynəlxalq onillik” haqqında qətnaməni təsdiqləyib.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Tacikistan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, sənəd 2027–2036-cı illəri əhatə edəcək və dünya miqyasında sülhün qorunması, dialoqun inkişafı, eləcə də nəsillər arasında həmrəyliyin gücləndirilməsinə yönələcək.

Qətnamənin əsasında BMT Nizamnaməsinin fundamental prinsipləri dayanır. Sənəddə gələcək nəsillərin müharibələrin ağır nəticələrindən qorunmasının vacibliyi vurğulanır, beynəlxalq mübahisələrin yalnız sülh yolu ilə həllinə sadiqlik ifadə olunur.

banner

Yeni beynəlxalq onillik çərçivəsində uşaqlar, gənclər və yaşlı nəsil arasında əməkdaşlığın və qarşılıqlı dialoqun genişləndirilməsi, həmçinin dövlət siyasəti formalaşdırılarkən gələcək nəsillərin maraqlarının nəzərə alınması əsas prioritetlərdən biri olacaq.

Əlaqəli Yazılar Xüsusi