Ev Hərbi təhsilMilli Müdafiə Universiteti Hərbi Hava Qüvvələri ixtisasları üzrə “Zabit hazırlığı kursu”na qəbul elan edir

Milli Müdafiə Universiteti Hərbi Hava Qüvvələri ixtisasları üzrə “Zabit hazırlığı kursu”na qəbul elan edir

by Baş Redaktor
51 Baxış

Milli Müdafiə Universiteti cari ilin 29 iyun – 13 iyul tarixlərində Hərbi Hava Qüvvələri ixtisasları üzrə “Zabit hazırlığı kursu”na sənəd qəbulu elan edir. “Zabit hazırlığı kursu”na ali təhsilli, müddətli həqiqi hərbi xidmət keçmiş Azərbaycan Respublikasının 35 yaşınadək kişi cinsli vətəndaşları müraciət edə bilərlər.

Army.az xəbər verir ki, bu barədə Milli Müdafiə Universiteti məlumat yayıb.

Kursa qəbul olmaq üçün müraciət etmiş namizədlər hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir və Hərbi Həkim Komissiyasının qərarına əsasən zabitlərin həqiqi hərbi xidmətinə yararlı hesab edilmiş şəxslər müsabiqə mərhələsinə buraxılırlar.

banner

Namizədlər müsabiqə mərhələsində fərdi-psixoloji və fiziki hazırlığı, ümumi bilik səviyyəsi və ixtisas uyğunluğu nəzərə alınmaqla kursa qəbul edilirlər.

mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindəki “Zabit hazırlığı kursu” hissəsində hərbi uçot ixtisaslarının ali təhsil ixtisaslarına uyğunluğu barədə ətraflı məlumat əldə etmək mümkündür.

İxtisaslar :

– Radioelektron mübarizə;
– ⁠Hava hücumundan müdafiə;
– ⁠Aviasiya;
– ⁠Meteoroloq;
– ⁠Rabitə.

Əlaqə məlumatları:

Telefon: (012) 404-18-45
Çağrı mərkəzi: *0811
E-poçt: [email protected]
Ünvan: Bakı şəhəri, Qızıl Şərq 13. AZ1065

Əlaqəli Yazılar Xüsusi