Ev DünyaTehran geri addım atmır: ABŞ ilə bu məsələ heç vaxt müzakirə olunmayacaq

Tehran geri addım atmır: ABŞ ilə bu məsələ heç vaxt müzakirə olunmayacaq

by Baş Redaktor
51 Baxış

İran rəhbərliyi raket proqramının ABŞ ilə aparılan danışıqların mövzusu olmayacağını bir daha bəyan edib.

Army.az xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağır Qalibaf məlumat verib.

O bildirib ki, ölkənin hücum xarakterli hərbi potensialı və raket proqramı Tehran üçün müzakirəyə açıq məsələ deyil.

Onun sözlərinə görə, İran ABŞ ilə aparılan təmaslarda Vaşinqtonun öhdəliklərini yerinə yetirməməsi ehtimalını daim nəzərə alır və danışıqları da bu reallıq fonunda qiymətləndirir.

banner

Qalibaf ABŞ-yə etimadın zəif olduğunu vurğulayıb:

“Biz vədlərinə əməl etməyən tərəflə danışıqlar aparırıq”.

Əlaqəli Yazılar Xüsusi