Ev İqtisadiyyatQaz bazarında qiymətlər enişə keçdi – Son rəqəmlər açıqlandı

Qaz bazarında qiymətlər enişə keçdi – Son rəqəmlər açıqlandı

by Baş Redaktor
35 Baxış

Beynəlxalq enerji bazarlarında təbii qazın qiymətlərində eniş tendensiyası müşahidə olunub.

Army.az xəbər verir ki, ABŞ-ın “NYMEX” əmtəə birjasında təbii qaz üzrə fyuçers müqavilələrinin qiyməti 0,69 faiz azalaraq 1 milyon BTU (Britaniya istilik vahidi) üçün 3,2524 ABŞ dollarına düşüb.

Avropanın əsas qaz ticarət meydançalarından biri olan Niderlandın TTF (Title Transfer Facility) platformasında da qiymətlər cüzi geriləyib. Burada qazın bir meqavat-saatının dəyəri 0,04 faiz enərək 43,65 avro səviyyəsində qərarlaşıb.

Son qiymət dəyişiklikləri qlobal enerji bazarında təbii qazın dəyərinin həm ABŞ, həm də Avropa ticarət platformalarında aşağı istiqamətdə hərəkət etdiyini göstərir.

banner

Əlaqəli Yazılar Xüsusi