Qazaxıstanda yeni Konstitusiya rəsmi olaraq qüvvəyə minib.
Army.az xəbər verir ki, bununla əlaqədar ölkə Prezidenti Qasım-Jomart Tokayev xalqa müraciət edərək bu günü dövlətin inkişafında mühüm mərhələ kimi qiymətləndirib.
Tokayev bildirib ki, yeni Konstitusiyanın qüvvəyə minməsi ölkənin tarixində yeni bir dövrün başlanğıcını simvolizə edir.
Prezidentin sözlərinə görə, Qazaxıstan bundan sonra ardıcıl inkişaf, genişmiqyaslı siyasi və iqtisadi islahatlar, eləcə də hərtərəfli modernləşmə yolunda irəliləyəcək.
“Bu gün suveren Qazaxıstanın tarixində yeni era başlayır. Biz davamlı inkişafın, siyasi və iqtisadi islahatların, həmçinin genişmiqyaslı modernləşmənin əsas yoluna qədəm qoyuruq”, – deyə Tokayev müraciətində vurğulayıb.
