Rusiya Silahlı Qüvvələri Komsomolskoye yaşayış məntəqəsi yaxınlığında Ukrayna ordusuna məxsus müdafiə mövqeyinin məhv edildiyini açıqlayıb.
Army.az xəbər verir ki, “Şərq” qoşun qruplaşmasının pilotsuz uçuş aparatları bölməsi ərazidə yeraltı beton sığınacaqlar və müdafiə keçidlərindən ibarət möhkəmləndirilmiş müdafiə sahəsi aşkarlayıb.
Aşkarlanan koordinatlar daha sonra 35-ci qvardiya ümumqoşun ordusunun radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarına aid ТОС-1A “Solnsepyok” ağır odsaçan sistemi heyətinə ötürülüb.
Atəş mövqeyinə irəliləyən ekipaj müəyyən edilən hədəfə zərbə endirib.
Rusiya tərəfinin iddiasına görə, hücum nəticəsində müdafiə qovşağı tamamilə dağıdılıb, yeraltı sığınacaqlar və beton örtüklər məhv edilib, ərazidə olan Ukrayna qüvvələri zərərsizləşdirilib.
