Ev DünyaRusiyadan cavab zərbəsi: Avropa aktivləri risk altındadır

Rusiyadan cavab zərbəsi: Avropa aktivləri risk altındadır

by Baş Redaktor
21 Baxış

Rusiya Avropa biznesinə məxsus təxminən 200 milyard avro dəyərində aktivlərin müsadirəsinə başlaya bilər.

Army.az xəbər verir ki, bu barədə “The Moscov Times” məlumat yayıb.

Nəşr qeyd edir ki, məsələ Moskva Arbitraj Məhkəməsinin Rusiya Mərkəzi Bankının Belçikanın “Euroclear” depozitarına qarşı qaldırdığı iddianı qapalı iclasda təmin etməsi ilə əlaqəlidir.

Məlumata görə, Rusiya Mərkəzi Bankı 18,17 trilyon rubl – təxminən 200 milyard avro məbləğində vəsaitin geri qaytarılmasını tələb edir. Söhbət Ukraynada genişmiqyaslı müharibə başladıqdan sonra “Euroclear”də dondurulan Rusiya ehtiyatlarından gedir.

banner

Bildirilir ki, bu iddia Avropada Rusiya aktivlərinin müsadirəsi ilə bağlı müzakirələrə cavab xarakteri daşıyır.

Nəşr vurğulayır ki, Avropa İttifaqı ölkələrinin Rusiyada böyük həcmdə dövlət aktivləri olmadığı üçün əsas risk Avropa şirkətlərinin biznes aktivləri və “qeyri-dost ölkələr”in birbaşa investisiyalarına yönələ bilər.

Əlaqəli Yazılar Xüsusi