Ev Hərbi XəbərlərQətər: ABŞ-İran danışıqlarında müsbət dinamika yaranıb

Qətər: ABŞ-İran danışıqlarında müsbət dinamika yaranıb

by Baş Redaktor
52 Baxış

Qətərin paytaxtı Dohada ABŞ və İran nümayəndələri arasında vasitəçilər vasitəsilə keçirilən dolayı danışıqlarda müəyyən irəliləyiş əldə olunduğu bildirilib.

Army.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd Əl-Ənsari “X” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, Qətər və Pakistanın vasitəçiləri ABŞ və İran nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşlər keçiriblər. Danışıqlar zamanı İslamabad Anlaşma Memorandumu ilə bağlı məsələlər üzrə müsbət dinamikanın yarandığı qeyd olunub.

Əl-Ənsari bildirib ki, tərəflər müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər və növbəti görüşün mümkün qədər qısa müddətdə keçirilməsi planlaşdırılır.

banner

Əlaqəli Yazılar Xüsusi