Ev Dünyaİrandan ABŞ-a Hörmüz boğazı xəbərdarlığı: “Qəti cavab veriləcək”

İrandan ABŞ-a Hörmüz boğazı xəbərdarlığı: “Qəti cavab veriləcək”

by Baş Redaktor
32 Baxış

İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı ABŞ-ın Hörmüz boğazındakı mümkün fəaliyyətləri ilə bağlı sərt bəyanat yayıb.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bəyanatda bildirilir ki, ABŞ-ın bu strateji su yoluna hər hansı müdaxiləsi İran Silahlı Qüvvələrinin “sürətli və qətiyyətli cavabı” ilə qarşılanacaq.

Qərargah həmçinin qeyd edib ki, Hörmüz boğazında müəyyən edilmiş marşrutlardan kənara çıxan və ya İranın naviqasiya qaydalarına əməl etməyən gəmilər öz təhlükəsizliklərini risk altına atmış olacaqlar və onlara qarşı müvafiq tədbirlər görüləcək.

banner

Əlaqəli Yazılar Xüsusi