Beynəlxalq əmtəə bazarında qızılın qiymətində artım tendensiyası davam edir. Son ticarət sessiyasında qiymətli metalın fyuçers müqavilələri növbəti rekord göstəriciyə yaxınlaşıb.
Army.az xəbər verir ki, “Comex” əmtəə birjasında 2026-cı ilin avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti iyunun 22-dən bəri ilk dəfə bir troya unsiyası üçün 4 200 dollar həddini aşıb.
Ticarət göstəricilərinə əsasən, qızılın dəyəri 1,96 faiz artaraq 4 206,7 dollara yüksəlib. Bu, son həftələrdə qiymətli metal bazarında müşahidə olunan bahalaşma meylinin davam etdiyini göstərir.