Ev Hərbi XəbərlərBryansk vilayətinə PUA hücumu: Ölən və yaralananlar var

Bryansk vilayətinə PUA hücumu: Ölən və yaralananlar var

by Baş Redaktor
53 Baxış

Rusiyanın Bryansk vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus kamikadze pilotsuz uçuş aparatlarının hücumu nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb.

Army.az xəbər verir ki, bu barədə vilayətin qubernator səlahiyyətlərini icra edən Yeqor Kovalçuk özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, Poqar rayonunun Borşovo kəndində PUA hücumu zamanı bir nəfər həyatını itirib. Bundan başqa, Çuroviçi kəndində bir sürücü yaralanaraq xəstəxanaya yerləşdirilib, Suzemka qəsəbəsində isə bir qadın xəsarət alıb.

Əlaqəli Yazılar Xüsusi