25
“Hörmüz boğazı İranın mülkiyyətindədir. Buradan icazəsiz keçən gəmilər batırılacaq”.
Army.az xəbər verir ki, bunu İranın ali rəhbərinin Xuzistan vilayəti üzrə nümayəndəsi Məhəmməd Nəbi Musəvifərd bildirib.
“Hörmüz boğazının sahibi İrandır. Hər hansı gəmi icazəsiz və müəyyən olunmuş qaydalara əməl etmədən bu su yolundan keçərsə, Fars (Bəsrə) körfəzinin dərinliklərində batırılacaq”, – deyə o bildirib.