Ev DünyaTramp 1000 nəfərlə Türkiyəyə gedir – Nə baş verir?

Tramp 1000 nəfərlə Türkiyəyə gedir – Nə baş verir?

by Baş Redaktor
91 Baxış

ABŞ Prezidenti Donald Trampın NATO sammiti çərçivəsində iyulun 7-də Türkiyənin paytaxtı Ankaraya səfər edəcəyi bildirilir.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Amerika liderini müşayiət edəcək təxminən 1000 nəfərlik nümayəndə heyətinin bir hissəsi hazırlıq işlərini koordinasiya etmək üçün səfərdən bir neçə gün əvvəl Ankaraya gələcək.

Təhlükəsizlik və logistika üzrə məsul olan ABŞ xüsusi xidmət əməkdaşları marşrutları, təhlükəsizlik tədbirlərini və prezident kortejinin hərəkət planını əvvəlcədən müəyyənləşdirəcəklər.

banner

Məlumata əsasən, Trampın Ankara proqramı əvvəlcə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarı yerləşən Anıtkabirin ziyarəti ilə başlayacaq. Daha sonra ABŞ Prezidenti Prezident Sarayına yollanacaq və burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanacaq. Prezident kortejinin saraya qədər olan marşrutunun atlı dəstə tərəfindən müşayiət ediləcəyi də qeyd olunur.

Əlaqəli Yazılar Xüsusi