Ev DünyaMüctəba Xamenei atasının dəfnində iştirak etmək istəyir

Müctəba Xamenei atasının dəfnində iştirak etmək istəyir

by Baş Redaktor
139 Baxış

İranın Ali rəhbəri Müctəba Xameneinin iyulun 9-da Məşhəd şəhərində keçirilməsi planlaşdırılan atası Əli Xameneinin dəfn mərasimində iştirak etmək istədiyi iddia olunur.

Army.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Müctəba Xamenei yaxın ətrafına mərasimdə iştirak etmək və cənazə namazını qıldırmaq niyyətində olduğunu bildirib. Lakin iddialara əsasən, İranın təhlükəsizlik qurumları hələlik buna razılıq verməyiblər.

Bildirilib ki, təhlükəsizlik orqanları İsrailin mərasimdən Müctəba Xameneini hədəfə almaq və ya onun olduğu yeri müəyyən etmək məqsədilə istifadə edə biləcəyindən ehtiyat edir.

banner

Əlaqəli Yazılar Xüsusi