132
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Yekaterinburq şəhərinə səfər edəcək.
Army.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Rusiya hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, səfər çərçivəsində Rusiyanın Baş naziri Mixail Mişustinlə ikitərəfli görüş və danışıqlar keçiriləcək.
Bildirilib ki, görüş 6–9 iyul tarixlərində Yekaterinburqda təşkil olunacaq beynəlxalq “İNNOPROM” sənaye sərgisi çərçivəsində baş tutacaq.
