Ev DünyaTrampdan Netanyahuya gözlənilməz çağırış : Geri çəkilin!

Trampdan Netanyahuya gözlənilməz çağırış : Geri çəkilin!

by Baş Redaktor
85 Baxış

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya İsrail qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb.

Army.az xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb.

Məlumata görə, Tramp bu tələbi iyulun 9-da Netanyahu ilə telefon danışığı zamanı səsləndirib.

Nəşrin ABŞ rəsmisinə istinadən yazdığına görə, Tramp İsrail Ordusunun Suriya ərazisində qalmasının əlavə gərginlik yaratdığını və vəziyyətin daha da eskalasiyasına səbəb ola biləcəyini bildirib. O, eyni mövqeyi İsrail hərbçilərinin Livandakı mövcudluğu ilə bağlı da ifadə edib.

banner

“Onlar sizin orada olmağınızı istəmirlər. Qoşunlarınızı geri çəkməlisiniz”, – deyə Axios Trampın sözlərini sitat gətirib.

Netanyahunun ofisindən isə bildirilib ki, baş nazir İsrail sərhədləri boyunca təhlükəsizlik zonalarının qorunmasının vacibliyini vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi