ABŞ-ın vitse-prezidenti Cey Di Vens Böyük Britaniyanın son illərdə siyasi qeyri-sabitlik yaşadığını və ölkənin idarəetmə sistemində köklü islahatlara ehtiyac olduğunu bildirib.
Army.az xəbər verir ki, o, bu barədə “Sunday Times” qəzetinə müsahibəsində danışıb.
Vensin sözlərinə görə, qısa müddətdə baş nazirlərin dəfələrlə dəyişməsi Böyük Britaniyanın siyasi sistemində dərin problemlərin mövcudluğundan xəbər verir:
“Son bir neçə ildə altı baş nazirin dəyişdiyini gördüm. Bu, Britaniya siyasətində ciddi problemlərin olduğunu göstərir və cəmiyyət artıq əsaslı struktur islahatları tələb edir”.
Vens növbəti Britaniya hökumətinin bu dəyişiklikləri həyata keçirə biləcəyinə ümid etdiyini bildirib:
“Ümid edirəm ki, bunu Endi Börnem, o olmasa isə başqa biri bacaracaq”.
