İran Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi ilə bağlı yeni qaydaların tətbiqini nəzərdən keçirir və bu çərçivədə bəzi ölkələr üçün xüsusi şərtlərin müəyyən edilə biləcəyini açıqlayıb.
Army.az xəbər verir ki, İranın Çindəki səfiri Əbdolreza Rəhmani Fəzli Pekində keçirilən Dünya Sülh Forumunda çıxışı zamanı bu barədə danışıb.
Onun sözlərinə görə, Tehran Omanla birlikdə regionun strateji dəniz dəhlizində tranzit proseslərinin tənzimlənməsi üçün yeni sistem üzərində işləyir.
Fəzli bildirib ki, hazırlanacaq mexanizmlər gəmiçiliyin təhlükəsizliyi, gəmilərin keçidinə nəzarət və ekoloji standartları əhatə edəcək. O, həmçinin qeyd edib ki, İrana çətin dövrlərdə dəstək göstərən ölkələr üçün fərqli yanaşma tətbiq edilə bilər.
