Ev Hərbi XəbərlərPeskov: Rusiya NATO sammiti öncəsi Kiyevdən təxribat gözləyir

Peskov: Rusiya NATO sammiti öncəsi Kiyevdən təxribat gözləyir

by Baş Redaktor
137 Baxış

Rusiya NATO-nun 7–8 iyul tarixlərində Ankarada keçiriləcək sammiti ərəfəsində Ukrayna tərəfindən mümkün təxribatlara qarşı hazırlıqlı olmalıdır.

Army.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov “Vesti” proqramına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya hər an baş verə biləcək təxribat ehtimalını nəzərə almalı və daim ayıq-sayıq olmalıdır:

“Ukrayna rəhbərliyi istənilən addımı atmağa qadirdir. Ukraynadakı münaqişə faktiki olaraq tammiqyaslı müharibə xarakteri daşıyır”.

banner

Peskovun sözlərinə görə, son dövrlərdə Ukrayna Silahlı Qüvvələri Rusiyanın mülki infrastrukturuna zərbələri artırıb. O, bu hücumları “terror aktı” kimi qiymətləndirib və əlavə edib ki, Rusiya Silahlı Qüvvələri təhlükəsizlik zonasını məhz bu təhlükələrə görə formalaşdırır.

Əlaqəli Yazılar Xüsusi