Ev TexnologiyaUkrayna ordusu sovet helikopterlərini bu texnika ilə əvəz edəcək – YENİ

Ukrayna ordusu sovet helikopterlərini bu texnika ilə əvəz edəcək – YENİ

by Baş Redaktor
41 Baxış

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının ordu aviasiyası yaxın gələcəkdə sovet istehsalı helikopterləri ABŞ istehsalı olan UH-60 Black Hawk helikopterləri ilə əvəz etməyi planlaşdırır.

Army.az xəbər verir ki, bu barədə ordu aviasiyasının komandanı, briqada generalı Pavlo Bardakov məlumat verib.

Onun sözlərinə görə, mövcud helikopter parkının yenilənməsi zərurətə çevrilib:

“Hazırda istifadə olunan sovet istehsalı texnikanın ehtiyat hissələrinin əksəriyyəti Rusiyada istehsal olunduğundan yeni platformalara keçid qaçılmazdır. Ukrayna ordusu üçün əsas namizəd UH-60 Black Hawk helikopteridir. Bu model həm döyüş, həm də desant və nəqliyyat tapşırıqlarını yerinə yetirə bilən universal platformadır və müxtəlif hərbi əməliyyatlarda öz etibarlılığını sübut edib”.

banner

Əlaqəli Yazılar Xüsusi