Şuşada “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir.
Army.az “Report”-a istinadən xəbər verir ki, tədbir “Mədəni və Etnik Müxtəliflik Mərkəzi” İctimai Birliyi tərəfindən “İpək Yolu” Mədəni-Tarixi Araşdırmalar İctimai Birliyi ilə birgə təşkil edilib.
Konfransda 10 ölkə – Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya, Almaniya, İsrail, Türkiyə və Gürcüstandan olan vətəndaş cəmiyyəti nümayəndələri, ekspertlər və ictimai xadimlər iştirak edirlər.