29
Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-16-da Azərbaycana səfər edəcək.
Army.az xəbər verir ki, səfər çərçivəsində Türkiyənin baş diplomatı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovla bir sıra görüşlər keçirəcək.
Hakan Fidanın səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunacağı da gözlənilir.