Fransa uzun fasilədən sonra Türkiyəyə SAMP/T hava hücumundan müdafiə sistemlərinin mümkün satışı məsələsini yenidən nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Army.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, Parisin mövqeyindəki dəyişiklik Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Corcia Meloni arasında NATO sammiti ərəfəsində keçirilən danışıqlardan sonra baş verib.
Agentliyin yazdığına görə, hazırda tərəflər arasında müzakirələr ilkin mərhələdədir və sistemlərin Türkiyəyə satışı ilə bağlı yekun qərar hələ qəbul edilməyib.
