ABŞ Prezidenti Donald Tramp Konqresi ölkənin müdafiə xərclərinin artırılması üçün 350 milyard dolların təcili təsdiqlənməsinə çağırıb.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Tramp bildirib ki, ABŞ Silahlı Qüvvələri tarixinin ən güclü dövrünü yaşayır və bunu ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə keçirilən tədbirlər zamanı bir daha nümayiş etdirib.
ABŞ liderinin sözlərinə görə, ordunun üstünlüyünün qorunması və daha da gücləndirilməsi üçün müdafiə sahəsinə əlavə maliyyə ayrılması vacibdir.
