Polşa ilk dəfə Ukraynaya PAC-3 “Patriot” raketləri və S-200 zenit-raket kompleksləri təqdim etdiyini rəsmi şəkildə açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə “Defence24” nəşri məlumat yayıb.
Məlumata görə, Polşa Müdafiə Nazirliyi keçirdiyi xüsusi brifinqdə Ukraynaya göstərilən hərbi yardımla bağlı indiyədək məxfi saxlanılan məlumatların bir hissəsini ictimaiyyətə təqdim edib. Açıqlanan siyahıda 2022–2023-cü illərdə göndərilən silahlar, həmçinin 2024-cü ildən etibarən Ukraynaya verilən hərbi texnika və sursatlar yer alıb.
Bununla yanaşı, təhvil verilən silahların və raketlərin dəqiq sayı açıqlanmayıb.
Polşanın Baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, hökumət Ukraynaya hərbi yardım barədə qərarların mərhələli şəkildə məxfilikdən çıxarılması prosesinə start verib.
