Ev Hərbi təhsilMüdafiə naziri Baş direktoru və bir qrup hərbi qulluqçunu təltif edib

Müdafiə naziri Baş direktoru və bir qrup hərbi qulluqçunu təltif edib

by Baş Redaktor
25 Baxış

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Baş direktoru və bir qrup hərbi qulluqçunu müxtəlif medallarla təltif edib. 

Army.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

General-polkovnik Z.Həsənovun müvafiq əmrinə əsasən müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə”, general-mayor Elmir İbrahimov “Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli medalı, general-mayor Elnur Kazımov və polkovnik Teymur Məmmədov isə “Şücaətə görə” medalı ilə təltif olunublar.

Əlaqəli Yazılar Xüsusi