Ev Dünyaİranın ali lideri üçün vida mərasimi: Tarix və saat açıqlanıb

İranın ali lideri üçün vida mərasimi: Tarix və saat açıqlanıb

by Baş Redaktor
44 Baxış

İranın sabiq ali lideri Əli Xameneinin dəfn mərasiminin başlanma vaxtı onun cənazəsinin İraqdan Məşhədə gətirilmə vaxtından asılı olacaq.

Army.az xəbər verir ki, bu barədə Xorasan Rəzəvi vilayətinin valisi məlumat verib.

Onun sözlərinə görə, əgər cənazələr çərşənbə günü Məşhədə çatdırılarsa, vida mərasimi səhər saat 06:00-da İmam Rza küçəsində başlayacaq.

Vali bildirib ki, mərasimin əsas yürüş hissəsinin təxminən 5-6 saat davam edəcəyi gözlənilir. Daha sonra axşam saatlarında müqəddəs ziyarətgahda təvaf və dəfn mərasimlərinin keçirilməsi planlaşdırılır.

banner

O qeyd edib ki, mərasim zamanı ziyarətgahın tamamilə bağlanması nəzərdə tutulmur. Bununla belə, dəfn mərasimi vaxtı bəzi daxili hissələrə, o cümlədən mərkəzi bölmələrə giriş qısa müddətə məhdudlaşdırıla bilər.

Əlaqəli Yazılar Xüsusi