Ev DünyaƏrdoğan: Türkiyə bütün imkanlarını NATO-nun xidmətinə verməyə hazırdır

Ərdoğan: Türkiyə bütün imkanlarını NATO-nun xidmətinə verməyə hazırdır

by Baş Redaktor
48 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi malik olduğu hərbi imkan və bacarıqları NATO-nun ehtiyac duyduğu bütün istiqamətlərdə alyansın xidmətinə təqdim etməyə hazırdır.

Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

O vurğulayıb ki, son illərdə ölkəsinin ən mühüm nailiyyətlərindən biri müdafiə sənayesində əldə etdiyi sürətli inkişafdır.

“Yüksək ixrac potensialı sayəsində Türkiyə müdafiə sənayesi sahəsində dünyanın aparıcı ölkələri sırasında yer alır. NATO-nun ən böyük quru qoşunlarından birinə malik dövlət kimi bütün imkan və bacarıqlarımızı ehtiyac duyulan hər yerdə alyansın xidmətinə təqdim etmək əzmindəyik”, – deyə Ərdoğan bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi