İran Prezidenti Məsud Pezeşkian ABŞ-ı beynəlxalq qaydaları pozmaqda və digər ölkələrə öz şərtlərini qəbul etdirməyə çalışmaqda ittiham edib.
Army.az xəbər verir ki, Pezeşkian bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
İran lideri bildirib ki, ABŞ hökumətinin futbol üzrə dünya çempionatına ev sahibi kimi atdığı addımlar Vaşinqtonun xarici siyasət üslubunu əks etdirir.
“ABŞ hökumətinin dünya çempionatının ev sahibi kimi davranışı onların xarici siyasətinə tam uyğundur: qaydaları pozmaq, rəqiblərə təzyiq göstərmək, maneələr yaratmaq və manipulyasiya etmək. Bu, onların MAGA ruhunda formalaşmış adi ssenarisidir”, – deyə Pezeşkian yazıb.
İran Prezidenti vurğulayıb ki, Tehran belə yanaşmanı qəbul etmir və öz hüquqlarını qətiyyətlə müdafiə etməyə davam edəcək.
“Biz ABŞ-ın öz qaydalarını bizə qəbul etdirməsinə imkan verməyəcəyik”, – deyə o əlavə edib.
