Türkiyəyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini üçüncü ölkəyə təhvil vermək və ya ABŞ ilə birgə nəzarət altında saxlamaq təklif edilib.
Army.az xəbər verir ki, bu barədə “Military Watch Magazine” məlumat yayıb.
Nəşrin iddiasına görə, müzakirə olunan variantlardan biri Türkiyənin S-400 batareyalarını üçüncü ölkəyə ötürməsi, digər variant isə onların ABŞ Hərbi Hava Qüvvələri ilə birgə saxlanılmasıdır.
Bildirilib ki, Rusiya müasir silah sistemlərinin ixracı ilə bağlı son istifadəçi şərtlərini ciddi şəkildə qoruduğundan, Moskva belə addımın müqavilə öhdəliklərinin pozulması kimi qiymətləndirilə biləcəyi barədə xəbərdarlıq edib.
