İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, zərurət yaranacağı təqdirdə ölkəsi İrana qarşı hərbi əməliyyatları yenidən başlamağa hazırdır.
Army.az xəbər verir ki, nazir bu açıqlamanı ABŞ və İran arasında gərginliyin yenidən artdığı bir vaxtda səsləndirib.
Katsın sözlərinə görə, İsrail ordusu hava üstünlüyünü təmin etmək və təhlükələri aradan qaldırmaq məqsədilə döyüş əməliyyatlarını bərpa etməyə tam hazırdır. O vurğulayıb ki, ehtiyac yaranarsa, İrana qarşı üçüncü hərbi kampaniya da həyata keçirilə bilər.
“Əgər hərbi əməliyyatlara qayıtmağa məcbur olsaq, bu dəfə zərbələr daha güclü olacaq”, – deyə müdafiə naziri bildirib.
Eyni tədbirdə çıxış edən İsrailin Baş naziri Benyamin Netanyahu isə əvvəlki iki hərbi əməliyyatın nəticəsində İranın hərbi potensialının zəiflədiyini iddia edib.
