43
Rusiyanın Moskva vilayətində raket təhlükəsi elan edilib.
Army.az xəbər verir ki, bu barədə regionun fövqəladə xidmətləri “Maks” platforması vasitəsilə əhaliyə xəbərdarlıq yayıb.
Sakinlərə sakitliyi qorumaq və təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunub. Yerli vaxtla saat 11:55-də isə raket təhlükəsinin aradan qalxdığı elan edilib.
Xatırladaq ki, 9 iyul tarixində də Moskva vilayətində pilotsuz uçuş aparatları ilə bağlı təhlükə xəbərdarlığı edilmişdi.
