Ev TexnologiyaPolşanın müdafiə naziri: MiQ-29-larla bağlı təklif yenidən müzakirə olunur

Polşanın müdafiə naziri: MiQ-29-larla bağlı təklif yenidən müzakirə olunur

by Baş Redaktor
54 Baxış

Polşa və Ukrayna Kiyevə MiQ-29 qırıcılarının verilməsi ilə bağlı danışıqları yenidən aktivləşdirib. Müzakirələrə əsasən, Varşava təyyarələri təhvil vermək, əvəzində isə Ukraynanın pilotsuz uçuş aparatları sahəsində topladığı texnoloji təcrübədən faydalanmaq niyyətindədir.

Army.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.

Nazirin sözlərinə görə, tərəflər eyni zamanda Ukraynada davam edən müharibə zamanı əldə edilən döyüş və texnoloji təcrübənin Polşanın müdafiə qabiliyyətinin gücləndirilməsində tətbiqi imkanlarını da müzakirə edirlər.

Kosinyak-Kamış bildirib ki, Varşavanın təklifi aydındır: MiQ-29 qırıcıları müqabilində PUA texnologiyalarının paylaşılması.

banner

Onun sözlərinə görə, Ukrayna əvvəlcə bu ideyaya müsbət yanaşsa da, sonradan tərəddüd edib. Hazırda isə danışıqlar yenidən bərpa olunub və nazir prosesin uğurla başa çatacağına ümid etdiyini vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi