İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bəyan edib ki, ABŞ əldə olunan razılaşmalara əməl etməyəcəyi təqdirdə, Tehran genişmiqyaslı müdafiə tədbirlərini həyata keçirməyə hazırdır.
Army.az xəbər verir ki, Qalibaf bu fikirləri İndoneziya Xalq Məşvərət Konqresinin sədri Əhməd Muzani ilə keçirdiyi görüşdən sonra səsləndirib.
O vurğulayıb ki, İran öz ərazi bütövlüyünün və milli təhlükəsizliyinin qorunması istiqamətində hazırlıq səviyyəsini heç vaxt zəiflətməyib.
Parlament sədrinin sözlərinə görə, danışıqlar zamanı ABŞ-nin vitse-prezidentinə Vaşinqtona etibar etmədiklərini açıq şəkildə çatdırıblar.
