Ukrayna Silahlı Qüvvələri Azov və Qara dəniz akvatoriyalarında Rusiyaya məxsus 14 gəminin vurulduğunu açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri “Telegram” kanalında məlumat yayıb.
Açıqlamaya əsasən, iyulun 12-nə keçən gecə həyata keçirilən əməliyyat zamanı “Ptaxi Madyara” 414-cü əlahiddə briqadasının 9-cu “Kayros” taboru, 1-ci Əlahiddə Mərkəz və “Nemesis” 412-ci briqadasının pilotsuz uçuş aparatları Azov dənizində 10 tankerə zərbə endirib.