Ukrayna iyulun 6-dan 13-dək Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən 105 gəminin hədəfə alındığını açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin rəhbəri Robert Brovdi “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, iyulun 13-nə keçən gecə həyata keçirilən əməliyyat zamanı daha 15 gəmi vurulub.
Bildirilir ki, hədəflər arasında 7 tanker, 5 quru yük gəmisi, 1 bərə və 2 yedək gəmisi olub.Ukrayna tərəfi həmçinin qeyd edib ki, Krımdakı yükləmə infrastrukturu mütəmadi zərbələrə məruz qalır.
Açıqlamada Kerç boğazında gəmi hərəkətinin dayandırıldığı və yükdaşıma əməliyyatlarının minimum səviyyəyə endirildiyi bildirilib.
