69
İran ordusu ölkənin cənubunda, Hörmüzqan vilayətinin Bəndər Abbas rayonunda ABŞ-yə məxsus pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə İran ordusunun yaydığı rəsmi məlumatda bildirilib.
Açıqlamada qeyd olunub ki, İranın Hava Hücumundan Müdafiə qüvvələri Bəndər Abbas bölgəsində ABŞ-yə məxsus “Lucas” tipli PUA-nı aşkarlayaraq məhv edib.
Məlumata görə, hadisə açıqlamanın verilməsindən təxminən bir saat əvvəl baş verib.
