Ev DünyaTehran-Moskva əməkdaşlığında yeni mərhələ: Birgə işçi qrupu yaradıldı

Tehran-Moskva əməkdaşlığında yeni mərhələ: Birgə işçi qrupu yaradıldı

by Baş Redaktor
99 Baxış

İranın yeni ali rəhbəri Rusiya ilə münasibətlərin daha da möhkəmləndirilməsinin tərəfdarıdır.

Army.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Rusiyanın energetika naziri Sergey Tsivilyovla görüşü zamanı bildirib.

Pezeşkian qeyd edib ki, Tehran Moskva ilə birgə həyata keçirilən layihələrin icrası qarşısındakı maneələrin aradan qaldırılmasına hazırdır.

Görüş zamanı İranın energetika naziri də iki ölkə arasında ortaq layihələrin koordinasiyası üçün birgə işçi qrupunun yaradıldığını açıqlayıb. Onun sözlərinə görə, qrupun fəaliyyət istiqamətlərindən biri İran və Rusiyanın elektrik şəbəkələrinin birləşdirilməsi layihəsi olacaq.

banner

Əlaqəli Yazılar Xüsusi