Ev DünyaHörmüz boğazında yük gəmisi batdı – 23 nəfər xilas edildi

Hörmüz boğazında yük gəmisi batdı – 23 nəfər xilas edildi

by Baş Redaktor
43 Baxış

Hörmüz boğazında iki gəminin toqquşması nəticəsində batan yük gəmisinin 23 nəfərlik heyəti xilas edilib.

Army.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə səhər saatlarında yük gəmisi ilə digər gəminin toqquşması nəticəsində baş verib. Qəza zamanı yük gəmisi batıb və heyətin təcili təxliyəsi həyata keçirilib.

Bildirilib ki, xilas edilən 23 heyət üzvünün hamısı təhlükəsiz şəkildə Qeşm adasına çatdırılıb.

banner

Əlaqəli Yazılar Xüsusi