Ev DünyaKİV – İran Hörmüz boğazı ilə neft ixracını sürətləndirib

KİV – İran Hörmüz boğazı ilə neft ixracını sürətləndirib

by Baş Redaktor
33 Baxış

İranın ABŞ tərəfindən dəniz blokadasının bərpa ediləcəyi ilə bağlı açıqlamalar fonunda Hörmüz boğazı vasitəsilə neft ixracını sürətləndirdiyi bildirilir.

Army.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, ümumilikdə 12 milyon barel xam neft daşımaq gücünə malik, ABŞ sanksiyalarına məruz qalan altı supertanker transponderlərini söndürərək Oman körfəzinə çıxıb. Bundan əlavə, İranla əlaqəli və sanksiya altında olan çoxsaylı neft tankerləri, qazdaşıyan gəmilər və konteyner daşıyıcılarının da Hörmüz boğazından keçdiyi qeyd olunur.

Bloomberg yazır ki, çərşənbə axşamı səhər saatlarına doğru Hörmüz boğazında gəmi hərəkəti demək olar ki, tam dayanıb.

banner

Məlumata əsasən, ABŞ-ın tətbiq etdiyi dəniz blokadasının iki mərhələsi arasındakı dövrdə İran 57 milyon barel neft ixrac edə bilib. ABŞ maliyyə naziri Skott Bessent isə bildirib ki, həmin dövrdə də İran neftinin əsas alıcısı yalnız Çin olub.

Əlaqəli Yazılar Xüsusi