Ev Dünya“Typhon” raketləri Rusiyanı narahat edir – XİN-dən açıqlama

“Typhon” raketləri Rusiyanı narahat edir – XİN-dən açıqlama

by Baş Redaktor
42 Baxış

Yaponiyanın ABŞ-ın “Typhon” raket komplekslərini öz ərazisində yerləşdirməsi Rusiyanın Uzaq Şərq sərhədləri üçün birbaşa təhdid yaradır.

Army.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “TASS” agentliyinə müsahibəsində bildirib.

O qeyd edib ki, Rusiya Yaponiya tərəfinin hərbi fəallığın genişləndirilməsi istiqamətində atdığı addımları diqqətlə izləyir.

“Tokionun öz ərazisini ABŞ-nin orta və qısa mənzilli raket komplekslərinin yerləşdirilməsi üçün təqdim etməsini – yerləşdirmənin epizodik, rotasiya əsasında və ya daimi olmasından asılı olmayaraq – Asiya-Sakit okean regionunda sabitlik və təhlükəsizliyə ciddi mənfi təsir göstərən, həmçinin Rusiyanın Uzaq Şərq sərhədləri üçün birbaşa təhdid yaradan addım kimi qiymətləndiririk”, – deyə Rudenko vurğulayıb.

banner

Əlaqəli Yazılar Xüsusi